13 iyulda unikal daha əvvəl eşitmədiyiniz bir musiqi təcrübəsi yaşanacaq — Psytrance Festivalı!
Psytrance təkcə musiqi deyil. Hindistanda, Qoada 90-cı illərin trans hərəkatından doğan mədəni, mənəvi və enerjili bir məkandır. Amma əslində o, şaman ritmlərindən tutmuş, kibernetik səslərə qədər bir çox mədəniyyətlərin köklərini özünə hopdurmuş və həqiqi kosmik bir şeyə çevrilmişdir. Bu musiqi narkotiklərin psixikaya təsir etməsini tələb etmir - bu, artıq özlüyündə belədir.
Festivalımızda biz sadəcə rəqs etməyəcəyik. Biz bir bütövlük yaradacağıq- istedadlı kreativ insanların əl işləri ilə yaradılan sənət məkanını.
Festival saat 17:15 də qapılarını açacaq və gecə yarısına qədər davam edəcək. Səhnədə 5 fərgli DJ-in çıxışı ilə ritmlər deyişəcək və yüksələcək. Musiqi, sənət və pozitiv enerji ilə dolu bu gecəni qaçırmayın!