Xeyriyyə axşamı -"Səsimiz səsindir, Humay!" Azərbaycan Respubllikasının xalq artisti, Şöhrət və Şərəf ordenli xanəndə Mənsum İbrahimovun rəhbərlik etdiyi Qarabağ muğam qrupunun - Azərbaycan Respublikasının xalq artisti Elçin Həşimov (tar), Azərbaycan Respublikasının əməkdar artisti Elnur Əhmədov (kaman), Muğam televiziya müsabiqəsinin qalibləri Təyyar Bayramov (əməkdar artist), Arzu Əliyeva (əməkdar artist), Aytən Məhərrəmli, Güllü Muradova, Ayşən Mehdiyeva, Günay İmamverdiyeva, tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə Muğam instrumental ansamblı və Təbriz Yusifovun (kaman) iştirakı ilə keçirilən Xeyriyyə axşamında zəngin konsert proqramı səsləndiriləcək. Eyni zamanda tanınmış rəssam və keramika ustalarının əsərlərindən ibarət satış-sərgi təşkil olunacaq. Biletlərin və rəsm əsərlərinin satışından əldə olunan vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə sərf ediləcək.