Nilüfer ilk dəfə Bakıda!
Türkiyə musiqisinin ən güclü və duyğusal səslərindən biri olan Nilüfer, illərin sevgi dolu repertuarı ilə 2 noyabr tarixində Bakıda, Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.
Unudulmaz hitləri, canlı ifası və musiqiyə verdiyi dəyərlə Nilüfer bu axşamı izləyicilər üçün bir duyğu yolçuluğuna çevirəcək.
“Mor Menekşe”, “Kar Taneleri”, “Başıma Gelenler”, “Boşver” və daha neçə-neçə sevilən mahnı bu gecədə sizinlə olacaq.
Bu möhtəşəm konserti qaçırmayın — birlikdə oxuyacağınız, birlikdə xatırlayacağınız anlar üçün biletinizi indidən alın!
Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin B girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.
Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən B girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.