Muzey Gecəsi 2024!

Tədbir haqqında

YARAT Müasir İncəsənət Məkanı, 12 oktyabr tarixində baş tutacaq Muzey Gecəsi ilə iştirakçıları özümüz və başqaları ilə necə ünsiyyət qurduğumuzu daha dərindən araşdırmağa dəvət edir. Əvvəlki buraxılışlarda daxili dünyamızı anlamaq və ətrafımızı qəbul etmək mövzularından ilham alan builki tədbir də fikirlərimizi, hisslərimizi və çətinliklərimizi müxtəlif ünsiyyət formaları vasitəsilə necə ifadə etdiyimizə vurğu edəcək.

Tədbir bir sıra tərəfdaşların – Bakı Bulvar İdarəsi, iTicket platforması, Meatadore və United Coffee Beans-in dəstəyi ilə həyata keçirilir.

Tədbirlərə giriş ödənişsizdir.

Qeydiyyat iTicket vasitəsilə aparılır.

Əlavə məlumat üçün: 050 246 92 92

Qaydalar:
• Bir şəxsiyyəti vəsiqəsi ilə yalnız bir bilet əldə oluna bilər.
• Xahiş edirik, şəxsiyyət vəsiqənizi özünüzlə götürməyi unutmayın.
• Biletin etibarlığı tədbirin başlamasından 15 dəqiqə sonra quvvədən düşür və iştirakçılar canlı növbə ilə tədbirə buraxılır.
• Tədbir məkanına 30 dəqiqə əvvəlcədən gəlməyiniz xahiş olunur.
• Biletin çap olunmuş və ya elektron versiyası festivalda iştirak müddətində üzərinizdə saxlanılmalıdır.
• Tamaşa zamanı mobil telefonlar söndürülməli və ya səssiz rejiminə keçirilməlidir.

Yaş məhdudiyyəti / Dil

18+ / Русский, Multilingual, Azərbaycanca
Muzey Gecəsi 2024! Muzey Gecəsi 2024!