Koroğlu

Koroğlu

Tədbir haqqında

OPERANIN QISA MƏZMUNU

I pərdə

Birinci şəkil. Həsən xanın sahib olduğu Azərbaycanın dağ kəndlərindən biri. Kəndlilər həyatın ağırlığından və yasayışın çətinliyindən şikayətlənirlər. Həsən xan yaxın adamları ilə gəlir: xidmətçilər onlara yol açırlar. Şöhrətli Həsən xan öz ilxısından yaxşı bir atı qonşu hökmdara bağışlamaq üçün seçməyi əmr edir. İbrahim xan yaxşı atların otlaqda olduğunu bildirir. Əsəbləşmiş xan mehtar Alının gözlərini çıxarmağı əmr edir.

Həsən xanın qulluqçularından Nigar adlı bir qız mehtar Alının oğlu Rövşəni sevir. Onun Həsən xanın qəddarlığından xəbəri yoxdur, fikri yalnız sevgilisinin yanındadır. Bu vaxt kor Alı gəlir və oğlu Rövşənə deyir: - bundan sonra sənin adın Koroğludur. Rövşən and içir ki, Həsən xanı məhv edəcəkdir. Rövşənin çağırışına hay verən kəndlilər ona qoşulub dağlara çəkilirlər.

İkinci şəkil. Həsən xan həyəcanlı və fikirlidir. O, öz zəifliyini bildiyi üçün türk paşası Ehsanı köməyə çağırır və onunla Koroğlunun əleyhinə ittifaq bağlayır. Həsən xanın sarayında olan təlxək qisas məqsədı ilə Koroğlunun sevimli atı Qıratı oğurlamağı təklif edir. Hiyləgər keçəl Həmzə bu tədbiri həyata keçirməyin əvəzində xandan Nigarı ona vermək vədini alir. Nigar bu xəbərdən kədərlənir, qardaşı Eyvazla Koroğluya gizlicə xəbər göndərir.

II pərdə

Üçüncü şəkil. Çənlibel qalası. Koroğlu döyuş ruhunda öz dəstəsi ilə Çənlibeldən çıxır. Dəstəyə gürcülər, ləzgilər və başqa xalqların nümayəndələri də qoşulur. Üsyan edənlər dostluqda, qardaşlıqda sədaqətli olacaqlarına and içirlər. Onlar xalqın səadəti, xoşbəxtliyi uğrunda vuruşan Koroğlunun döyüş bayrağı qarşısında baş əyirlər. Qala divarları yanında mehtar paltarı geymiş keçəl Həmzə görünür və Koroğludan sığınacaq istəyir. Koroğlu Həmzənın təcrübəsini nəzərə alıb Qırata qulluq etməyi ona tapşırır. Havanın dumanlı və çiskinli olmasından istifadə edən hiyləgər Həmzə fürsət tapıb gecə Qıratı qaçırır. Bu hadisədən xəbər tutan Koroğlunun dəliləri onu qovur, lakin çata bilmirlər.

III pərdə

Dördüncü şəkil. Həsən xanın sarayında şadlıqdır. Qızlar çalıb oxuyurlar. Bu şadyanalıq Qıratı qaçıran Həmzənin şərəfinədir və Həsən xan Nigarı ona verəcəyini vəd edir. Aşıq gəlir. Həsən xan və Ehsan paşa ona çalıb oxumağı təklif edirlər. Bu vaxt Həmzə bəy gəlir. O, aşığı görür və tanıyır. Həyəcanla deyir: Koroğlu. Saray əyanları onu tutub qollarını bağlayırlar. Vəzir xəbər verir ki, Çənlibel yolunda satqın Eyvaz tutulmuşdur. Hamı təəccüblənir. Onu kim göndərmişdir? Nigar Eyvazı Koroğlunun yanına göndərdiyini boynuna alır. Hamı Nigarı lənətləyir. Qəzəblənmiş Həmzə bəy Nigarı öldürmək üçün onun üstünə cumur. Bu zaman Koroğlu qollarındakı bağlını qırır və Həmzə bəyə öldürücü zərbə endirir. Koroğlu heç kimə gözünü açmağa imkan vermir və Qıratın belinə tullanıb qaçır. Həsən xan Nigarı, Eyvazı və Poladı öldürməyi əmr edir.

 Beşinci şəkil. Şəhər meydanı. Car çəkirlər ki, bu gün burada Nigarın, Eyvazın və Poladın boynu vurulacaqdır. Xalq Həsən xanı və bütün cəlladları lənətləyir. Onlar bu mərasimə hazırlaşdığı vaxt Koroğlunun adamları onları əhatə edir və Nigarı, Eyvazı, Poladı azad edirlər. Xalq öz qəhrəmanı Koroğlunu salamlayır.



Dirijor - Mustafa Mehmandarov

Quruluşçu rejissor - Hafiz Quliyev, Əməkdar incəsənət xadimi

Quruluşçu  rəssamlar - Tahir Salahov, SSRİ Xalq rəssamı

 Tehran Babayev, Əməkdar mədəniyyət işçisi

Quruluşçu baletmeyster - Qəmər Almaszadə, SSRİ Xalq rəssamı

Xormeyster - Sevil Hacıyeva, Əməkdar incəsənət xadimi

 

Koroğlu – Yusif Eyvazov, Xalq artisti

 

Nigar – İlahə Əfəndiyeva, Əməkdar artist

Həsən xan – Cahangir Qurbanov, Əməkdar artist

Ehsan paşa – Taleh Yahyayev

İbrahim xan –   Mahir Tağızadə

Həmzə bəy – Fərid Əliyev,Əməkdar artist

Alı – Əkrəm Poladov, Xalq artisti

Təlxək – Əliəhməd İbrahimov, Əməkdar artist

Polad –  Məhəmməd Şəmmədov

Eyvaz – Nəzər Bəylərov

Xanəndə qız –  Fidan Hacıyeva, Xalq artisti

Əyanlar – Fəhmin Əhmədli

Tural Ağasıyev, Əməkdar artist

İlkin Əhmədov, Əməkdar artist

Fuad Əzizzadə

Carçılar – Əliəhməd İbrahimov, Əməkdar artist

Nəzər Bəylərov

Məhəbbət Səfərov

Kəndli Nadir – Xalid Daşdəmir

Kəndli Vəli – Məhəbbət Səfərov

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Koroğlu Koroğlu

Məkan yeri
Bülbül prospekti 35, Bakı, Azərbaycan