ALICILARIN NƏZƏRİNƏ!
- Golden Circle — səhnənin tam qarşısında yerləşən ayaqüstü zonadır.
- bu tədbirə əldə edilən biletlər dəyişdirilmir və ya qaytarılmır.
- bu tədbirə əldə olunan biletlərin qiymətinin üzərinə əlavə 10% xidmət haqqı hesablanacaq.
- Castin Timberleyk konsertinə biletlər yalnız QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər konsert günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
iTicket Production və DREAM Group International qürurla təqdim edir:
AZƏRBAYCANDA İLK DƏFƏ!
Bakı Olimpiya Stadionunun möhtəşəm səhnəsində — bənzəri olmayan Justin Timberlake! 10 qat GRAMMY mükafatı laureatı, dünya şöhrətli ulduz, “Can’t Stop the Feeling!”, “SexyBack”, “Mirrors” kimi hitlərin müəllifi — Bakıda unudulmaz şou ilə çıxış edəcək!
Castin Timberleyk çoxsaylı istedada malik olan sənətçidir — müğənni, prodüser, bəstəkar və aktyor. Karyerası ərzində o, dünya üzrə 54 milyondan çox albom və 63 milyon sinql satıb. Bundan əlavə, *NSYNC qrupunun solisti kimi 70 milyon albom satışına nail olub. Timberleyk pop, rəqs və R&B janrlarında ümumilikdə 10 GRAMMY mükafatı qazanıb. Bu mükafatlara onun uğurlu solo albomları “Man of the Woods”, “The 20/20 Experience”, “FutureSex/LoveSounds”, debüt albomu Justified və Jay-Z ilə əməkdaşlıqları daxildir.
Castin Timberleykin mahnıları və videoları dünya üzrə 23 milyarddan çox dinlənmə və baxış sayı toplamışdır. O, həmçinin “Saturday Night Live” şousundakı yaddaqalan çıxışlarına görə 4 dəfə “Emmy” mükafatı qazanıb. Aktyor kimi o, “DreamWorks” studiyasının məşhur animasiya franşizası olan “TROLLS” filmlərində (o cümlədən 2023-cü ildə çıxan “TROLLS BAND TOGETHER”) səsləndirmə etmişdir. Onun “TROLLS” filmindən olan “Can’t Stop the Feeling!” mahnısı 2017-ci ildə “Oskar”da “Ən yaxşı orijinal mahnı” nominasiyasına layiq görülmüşdü.
Ən son olaraq Timberleyk 18 yeni trekdən ibarət olan “Everything I Thought It Was” albomunu buraxdı. Alboma “Selfish” və “No Angels” kimi hitlər daxildir.
Baş tutacaq konsertdə pərəstişkarlar ifaçının yaradıcılıq yolunun sevilən hitlərini, eləcə də artıq bütün rəqəmsal platformalarda mövcud olan "Everything I Thought It Was" albomundan yeni mahnıları dinləyə biləcəklər.
Artıq Golden Circle biletini əldə etmisiniz? Onu Golden Circle Premium-a yüksəldin.
Golden Circle Premium biletinə daxildir:
- Stadiona (tədbir məkanına) tək tərəfli transfer
- Bakı Olimpiya Stadionuna erkən giriş
- Eksklüziv hədiyyə merçendayz
- Rəsmi merçendayz məhsullarını əvvəlcədən əldə etmə imkanı
- Xüsusi girişdən sürətli keçid
- Şəxsi əl hava kondisioneri
Justin Timberlake konsertini VIP biletlə tam fərqli hiss edin!
VIP biletə daxildir:
- Açıq bar: bütün tədbir ərzində limitsiz içkilər (spirtli içkilər yalnız 18+ yaş qonaqlar üçün mövcuddur)
- Yalnız VIP qonaqlar üçün ayrılmış ayaqüstü platformaya eksklüziv giriş
- Bakı Olimpiya Stadionuna erkən giriş
- Xüsusi girişdən sürətli keçid
- Rəsmi merçendayz məhsullarını əvvəlcədən əldə etmə imkanı
Sea Breeze-də mənzil sahibi olmaq şansı!
Sadəcə 27 iyul 2025-ci il tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Castin Timberleyk konsertində iştirak etməklə Sea Breeze-də mənzil sahibi olmaq fürsətini qazanırsınız.
Sea Breeze şirkəti Iticket Production ilə birgə “Sea Breeze-də mənzil biletlə” adlı reklam aksiyasına start verir. Konsertin iştirakçılarından biri, Sea Breeze kurort şəhəri ərazisində yerləşən yeni Park Lane yaşayış kompleksində sahəsi 37.5 m² olan studiya tipli mənzilin sahibi olacaq.
Aksiyada iştirak etmək üçün sadəcə konsertə bilet almaq və tədbirdə şəxsən iştirak etmək kifayətdir.
Hər biletin üzərində unikal ştrix-kod var və bu kod avtomatik olaraq aksiyada iştirak edir. Qalib təsadüfi seçim yolu ilə müəyyən olunacaq və konsertdən sonra üç gün ərzində elan ediləcək. Aksiyanın nəticələri rəsmi Instagram səhifəsində paylaşılacaq: @seabreeze.realestate
Qalibə, bilet alışı zamanı göstərilən telefon nömrəsi və ya e-poçt ünvanına rəsmi bildiriş göndəriləcək.
Aksiyada yalnız 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər.
Aksiyada iştirak etmək istəməyən şəxslər bu barədə [email protected] ünvanına elektron məktub göndərməlidir. Məktubun mövzusu “Aksiyada iştirakdan imtina” olmalı və aşağıdakı mətn daxil edilməlidir:
“Mən, [Ad, Soyad], 27.07.2025-ci il tarixində keçiriləcək Castin Timberleyk konserti çərçivəsində təşkil olunmuş Reklam Aksiyasında iştirakdan imtina edirəm. Biletimin iştirakdan çıxarılmasını xahiş edirəm.”
Məktuba biletin surəti əlavə olunmalıdır.
Ətraflı qaydalarla tanış olmaq üçün linkə keçid edin: https://iticket.az/page/apartment-in-sea-breeze-for-the-ticket