IZ Qış Alovu

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

İZ Fest

Bu qış “İZ Fest” öz enerjisini Şahdağın zirvəsinə gətirir!

2–3 yanvar tarixlərində Şahdağ Dağ-Xizək Kompleksində keçiriləcək “İZ: Winter Flame” dağların səssizliyi ilə musiqinin ritmlərini birləşdirəcək. Festivala gələnləri qarlı, soyuq hava və unudulmaz dağ mənzərəsi ilə yanaşı, tonqallar, isti içkilər, “İZ Chill Zone”, “Craft Bazaar” və daha çoxu gözləyir.

Festivalın əsas sənətçiləri:

Catching Flies (İngiltərə): Melodik, ruhlandırıcı və hip-hop elementləri ilə zənginləşdirilmiş elektron-soul melodiyaları

Etibar Əsədli (Azərbaycan/Fransa): Qarlı dağların fonunda canlı və eksperimental performans

Aalson (Fransa): Dramatik saundskeypləri və güclü ritmləri ilə tanınan melodik texno ulduzu

George Kasradze (Gürcüstan): Tiflis yeraltı mədəniyyətinin sevilən siması


Həmçinin Aliot, Ellgin, RonfollerEstgamin də öz çıxışları ilə səhnəni alovlandıracaq.

2 yanvar üzrə proqram:

Catching Flies

George Kasradze

Estgamin

Aliot

3 yanvar üzrə proqram:

Etibar Əsədli

Aalson

Ronfoller

Ellgin

Biletlər haqqında:

Biletlər hər gün üçün ayrı (Gün 1, Gün 2) və hər iki gün əhatə edən “Full Pass (Standart və ya Backstage)” formatında təqdim olunur.

Qeyd edək ki, festival tarixi yaxınlaşdıqca qiymətlər də mərhələli şəkildə artacaq.

Əlavə 20 AZN ödəməklə Bakı–Şahdağ–Bakı transfer xidmətindən yararlanmaq da mümkündür.

  • Gediş (Bakı ➝ Şahdağ): ⏰ 09:00 – 10:15 aralığında
  • Qayıdış (Şahdağ ➝ Bakı): ⏰ 17:30 – 20:30 aralığında

Qışın ən isti ritmləri bizi Şahdağda gözləyir. “İZ Fest”də görüşənədək!

Yaş məhdudiyyəti / Dil

16+ / Multilingual
IZ Qış Alovu IZ Qış Alovu

Məkan yeri
Qondola Şahdağ, Parkinq ərazisi