Qulu Əsgərov

Qulu Əsgərov

Tədbir haqqında

Sizə tanınmış muğam ustası, xalq musiqisi ifaçısı və bəstəkar Qulu Əsgərovun xatirəsinə ithaf olunmuş teatrallaşdırılmış konsert proqramı təqdim olunacaq.
Onun yaradıcılıq irsi olduqca zəngindir. Belə ki, repertuarında “Şur”, “Rast”, “Bayatı-Kürd”, “Bayatı-Qacar” və s. muğamlar, eləcə də təsniflər, xalq mahnıları mühüm yer tutur. Bundan əlavə o,  öz bəstələri ilə xalqın qəlbinə yol tapan Qulu müəllim Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri kimi tarixdə iz qoymuşdur. Onun ifaları milli musiqi ifaçılığı məktəbində əvəz olunmaz nümunə kimi qəbul olunur.
Ustadın bəstələdiyi mahnıları SSRİ xalq artisti Zeynəb Xanlarova, Azərbaycanın xalq artistləri İslam Rzayev, Zaur Rzayev, Məleykəxanım Əyyubova və digər tanınmış sənətkarlar ifa etmişlər.
“Qulu Əsgərova ithaf” adlı konsert proqramında xalq mahnıları ifaçılığı janrının aparıcı nümayəndələri — Aytən Məhərrəmova, Arzu Əliyeva, İlkin Əhmədov və başqaları iştirak edəcək.
Bu konsert, mahir muğam ifaçısı  sənət irsinin təbliği və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Qulu Əsgərov Qulu Əsgərov