21 iyun tarixində Bakı Musiqi Akademiyasının “Opera” studiyasında “Dahilər” adlı konsert proqramı keçiriləcək.
Tədbirdə görkəmli bəstəkarlarımız və şairlərimizin — Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova və Mikayıl Müşfiqin yaddaşlara həkk olunan unudulmaz əsərləri səsləndiriləcək.
Bu gecədə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri və Əməkdar artistlər bir-birindən gözəl əsərləri ifa edərək tamaşaçılara duyğulu və zəngin musiqi anları yaşadacaqlar.