Dahilər Unudulmazlar - Bədii-musiqili gecə

Tədbir haqqında

Mayın 26-da Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının konsert zalında “Dahilər - Unudulmazlar” adlı bədii-musiqili gecə keçiriləcək. Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının informasiya dəstəyi ilə baş tutacaq gecədə Xalq artistləri Nazpəri Dostəliyeva, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Fərqanə Qasımova, Ehtiram Hüseynov, Anar Şuşalı, Rəşad İlyasov, Arzu Əliyeva, tanınmış ifaçılar Mirələm Mirələmov, Nadir Qafarzadə, Zabitə Alıyeva, Taleh Yəhyayev, Sərxan Bünyadzadə, Vüsal Hacıyev, Nicat Cəfərzadə, Vəfa Vəzirova, Günay İmamverdiyeva, Səbinə Ərəbli, Aynur İsgəndərli, Emin İsmayılov
və başqaları iştirak edəcəklər.
Bakı Sinfonietta Orkestrinin müşaiyəti ilə baş tutacaq tədbirdə görkəmli şairlərimiz Hüseyn Cavid, Ömər Faiq, Əhməd Cavad, Mikayıl Müşfiq və Bəkir Çobanzadənin unudulmaz əsərlərinə bəstələnmiş musiqilər səsləndiriləcək.
Biletləri şəhərin kassalarından,  ASAN xidmət mərkəzlərindən və İticket.az saytından onlayn əldə edə bilərsiniz.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Dahilər Unudulmazlar - Bədii-musiqili gecə Dahilər Unudulmazlar - Bədii-musiqili gecə