Milli Opera İncilərimiz

Milli Opera İncilərimiz

Tədbir haqqında

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi “Milli Opera İncilərimiz” layihəsi çərçivəsində növbəti möhtəşəm konsert proqramı keçiriləcək.

Konsertdə milli musiqi irsimizin nadir inciləri, Azərbaycan bəstəkarlarının yaratdığı ən parlaq opera nümunələrindən seçilmiş parçalar, eləcə də ilk dəfə səslənəcək yeni əsərlər tamaşaçıların ixtiyarına təqdim olunacaq.

Tədbir Teatrın simfonik orkestrinin müşayiəti və xor kollektivinin iştirakı ilə baş tutacaq. Gecədə ölkənin tanınmış vokal ustaları – Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Təyyar Bayramov, Arzu Əliyeva, habelə solistlər Mahir Tağızadə, Fəhmin Əhmədli, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov, Atəş Qarayev, Fatimə Cəfərzadə və Səma Həmzəyeva çıxış edəcəklər.

Dirijor: Əyyub Quliyev, Əməkdar artist
Xormeyster: Sevil Hacıyeva, Əməkdar incəsənət xadimi
Rejissor: İnarə Babayeva, Əməkdar artist

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Milli Opera İncilərimiz Milli Opera İncilərimiz