Comic Con Baku 2025

Comic Con Baku 2025

Tədbir haqqında

Azərbaycan tarixində ilk dəfə — dünyanın ən böyük pop-mədəniyyət festivalı Comic Con Bakı şəhərində keçiriləcək!

14 sentyabrda 11:00 - 19:00 kimi, Bakı Konqres Mərkəzi, komiks, anime, kino, oyunlar, kospley və Asiya mədəniyyəti dünyasının mərkəzinə çevriləcək. Sevimli hekayələrin sehrinə dalmaq, məhşur obrazlarla görüşmək və pop-mədəniyyətin əsl ruhunu yaşamaq üçün bu unikal festivala sən də qoşul!

Festivalın baş ulduzu və qonaqları barədə məlumat çox tezliklə elan olunacaq — yenilikləri izləyin!

 

Tədbirdə səni nələr gözləyir:

-Tədbirin baş ulduz və xarici kospleylərlə tanış olmaq və avtoqraf götürmək imkanı
-Yerli bloqerlər, aktyorlar və rəssamlarla tanışlıq və ünsiyyət
-Rəngarəng Kospley Şou və K-pop rəqs müsabiqəsi
-Yerində qeydiyyatla həvəskar kospley müsabiqəsində iştirak
-“Yaradıcı Gənclər Forumu 2025”-də iştirak imkanı
-Sevimli fandomlarınızın məhsullarını yarmarkada əldə etmək imkanı
-VR, konsol, stolüstü və kompüter oyunları daxil olmaqla müxtəlif oyunları oynamaq imkanı

 

VIP biletlə təqdim olunan üstünlüklər:

-Festivalın açılışından əvvəl — saat 10:00-da erkən və ayrı VIP giriş
-Əyləncə zonaları, avtoqraf sessiyaları və həvəskar müsabiqədə iştirak üçün VIP bilet və qolbaqla prioritet keçid
-Əsas zalda ön sıralarda gün boyu sizin üçün rezerv olunmuş oturacaqlar
-Baş ulduzla yalnız VIP-lərə özəl görüş və avtoqraf sessiyası – növbəsiz, şəxsi ünsiyyət və foto imkanı Comic Con Baku-ya məxsus eksklüziv merch
-Yemək zonasında VIP qonaqlara xüsusi sahə
-Network Area-də limitsiz su ilə təchiz olunmuş VIP istirahət zonası
-Yaradıcı Gənclər Forumu 2025-ə prioritet giriş

 

Tədbirin Proqramı

Media Hall
10:30–12:00 — VIP avtoqraf sessiyası (baş ulduz)
12:00–13:00 — Qonaqlarla avtoqraf sessiyaları

Conference Hall
11:30–13:00 — Yaradıcı Gənclər Forumu 2025
16:00–18:00 — Qonaqlarla avtoqraf sessiyaları

Second Stage
12:00–13:00 — Həvəskar kospley müsabiqəsi

Əsas səhnə
13:00–13:20 — Festivalın açılışı
13:20–14:20 — Solo Cosplay Show
14:20–15:00 — K-pop rəqs müsabiqəsi
15:00–15:45 — Qrup Cosplay Show
16:00–16:30 — Baş ulduz ilə sual-cavab sessiyası
16:30–18:00 — Baş ulduz ilə avtoqraf sessiyası
18:00–18:40 — Qaliblərin mükafatlandırılması
18:40–19:00 — Festivalın bağlanışı

Kospleyini hazırla, dostlarını çağır və ilin ən böyük pop-mədəniyyət festivalına — Comic Con Baku 2025-ə qatıl!
Biletlər məhduddur — fürsəti qaçırma!

Yaş məhdudiyyəti / Dil

6+
Comic Con Baku 2025 Comic Con Baku 2025

Məkan yeri
Təbriz Küçəsi, Bakı, Azərbaycan