Cəngi qrupu yenədə öz ənənələrinə sadiq qalaraq azərbaycan bəstəkarlarına müraciət etmiş və bu bəstələri yeni aranjimanda tamaşaçılara təqdim etmək niyyətindədir. Konsertdə bəstəkarlar: Tofiq Quluyev,Polad Bülbüloğlu, Vaqif Gərayzadə,Vasif Huseyn və başqalarının əsərləri səslənəcək. Qrupun bədii rəhbəri Azərbaycan Respublikasının xalq artisti ud və tar ifaçısı Mircavad Cəfərovdur.