Şam işığında: Hans Zimmer, Joe Hisaishi və Ludovico Einaudi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Minlərlə şam işığının sehrində yeni bir təcrübəyə hazırsınızmı? 🕯️🎻

Bu dəfə konsert Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq!

Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi tikililərdə və unikal məkanlarda şam işığında keçirilən musiqi konsertləri ənənəsi artıq Bakıda! 🌎

Bakının “Şam İşığı” konsertlərinin muasir dünya bəstəkarları seriyası təqdim edir – Şam işığında: Hans Zimmer, Joe Hisaishi və Ludovico Einaudi | Simli kvintet və piano  ifasında

🎼 14 dekabrda beynəlxalq “Şam İşığında” konsepti çərçivəsində dünya kino musiqilərinin ən möhtəşəm bəstəkarlarından üçü – Hans Zimmer, Joe Hisaishi və Ludovico Einaudi – əsərləri Simli Kvintet və Piano ifasında təqdim olunacaqdır.

Bu xüsusi gecədə Zimmerin epik film musiqiləri, Hisaishinin duyğusal animasiya sədaları və Einaudinin minimalist piano üslubu şam işığında unikal akustik atmosferdə canlanacaq.

⏳ Müddət: 60 dəqiqə (Qapılar 30 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)

♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.

🕯️ Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Şam işığında: Hans Zimmer, Joe Hisaishi və Ludovico Einaudi Şam işığında: Hans Zimmer, Joe Hisaishi və Ludovico Einaudi

Məkan yeri
İstiqlaliyyət küçəsi 10, Bakı, Azərbaycan