Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
✨ Yeni il və milad bayramı ərəfəsində klassik musiqinin səsini kəşf edin.
Şəhərin ən tanınmış mədəniyyət mərkəzlərindən biri olan Muzey Mərkəzində keçiriləcək bu musiqili gecə sizi rəngarəng klassik proqramla qarşılayacaq.
Bakının qış axşamına xüsusi bir nəfəs gətirəcək bu konsertdə İtalyan operası, neapolitan mahnıların ruhu, Almaniyanın poetik klassikası, Amerikanın müzikl atmosferi və Azərbaycanın milli musiqi xəzinəsi bir səhnədə birləşəcək.
Səhnədə bas-bariton Orxan Əfəndi, piano arxasında isə pianoçu və konsertmeyster Elçin Məmmədov olacaq. Gecə ərzində klassik musiqidən seçilmiş həm vokal, həm də solo piano əsərləri səslənəcək.
Müəllim: beynəlxalq müsabiqələr laueratı, Azərbaycan Respublikasının əməkdar incəsənət işçisi Maestro Ridvan Sədirxanovdur.
Proqramda Cuzeppe Verdi, Robert, Şuman, Paolo Tosti, Ciakammo Rossini, Sergey Raxmaninov, Asəf Zeynallı, Fikrət Əmirov, Leonid Bernşteynin və digər görkəmli bəstəkarların əsərlərinə müraciət ediləcək.
🎟️ Biletlər satışdadır — yerinizi indi ayırın, 20 dekabrda bu təcrübəni siz də bizimlə birlikdə yaşayın.
Ünvan: Muzey Mərkəzi, 2-ci mərtəbə, Akt zalı.

5 ₼-dan
30 ₼-dan
12 ₼-dan
4 ₼-dan
30 ₼-dan
35 ₼-dan