Alim Qasımov və Fərqanə Qasımova: “Şəbi Hicran”

Alim Qasımov və Fərqanə Qasımova: “Şəbi Hicran”

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Bir səhnə, iki səs və əbədi eşq: “Şəbi Hicran”

Azərbaycan muğam sənətinin zirvəsində dayanan Xalq artisti Alim Qasımov və onun sənət davamçısı, Əməkdar artist Fərqanə Qasımova iki ruhun ayrılıqda bütöv, hicranda əbədi olan eşq nəğməsi “Leyli və Məcnun” klassik ədəbi əsəri əsasında, quruluşçu rejissorlar əməkdar incəsənət xadimi Hafiz Quliyev və əməkdar artist Bəhruz Vaqifoğlu tərəfindən hazırlanmış “Şəbi Hicran” adlı muğam kompozisiyasını təqdim edirlər. 

26 noyabr, Heydər Əliyev Sarayında baş tutacaq musiqili tamaşada Alim Qasımov və Fərqanə Qasımova Füzulinin ölməz əsəri “Leyli və Məcnun”-u səhnədə aktyor Cavad Nur və aktrisa Jalə Novruzova ilə birgə muğamın incəlikləri və poeziyanın vəhdəti ilə canlandıracaqlar. Əməkdar artist Nərgiz Əliyevanın bədii rəhbərlik etdiyi Qarabağ Orkestrının müşayiəti ilə baş tutan gecə həm muğam həvəskarları, həm də ədəbiyyat və teatr sevərlər üçün unudulmaz sənət hadisəsinə çevriləcək. Alim Qasımovu və Fərqanə Qasımovanı tarda Zəki Vəliyev, kamançada əməkdar artist Rauf İslamov, nəfəs alətlərində Rəfael Əsgərov və zərb alətlərində Cavidan Nəbiyev müşayiət edəcəklər.

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Alim Qasımov və Fərqanə Qasımova: “Şəbi Hicran” Alim Qasımov və Fərqanə Qasımova: “Şəbi Hicran”

Məkan yeri
Bülbül prospekti 35, Bakı, Azərbaycan