Leon — 1994-cü ildə rejissor Lyuk Besson tərəfindən çəkilmiş kriminal dram filmidir. Leon peşəkar qatil olub, Nyu-Yorkda tənha bir həyat sürür. Qonşusu öldürüldükdən sonra onun 12 yaşlı qızı Matilda sağ qalır və ailəsinin intiqamını almaq üçün Leondan ona qatil olmağı öyrətməsini istəyir. Bu zaman onların arasında fərqli, eyni anda həm kədərli, həm də duyğusal bir bağ yaranır.