"6 Nömrəli Palata"

Tədbir haqqında

Səhnə əsərinin məzmunu: Şəhərdən kənarda, unudulmuş xəstəxananın 6 nömrəli palatasında 3 dəli yaşayır. Onlardan biri adlı-sanlı dəli olan İvan Dmitriçdir. Xəstəxananın baş həkimi Andrey Yefimiç bir gün dəliləri ziyarət etməyə gəlir. İvanla arasında yaşanan söhbətlər, Yefimiçi sarsıdır. Ağıl ilə dəlilik arasındaki sərhəd, yaşantı və elm, əzab haqqında düşüncələr sujetin əsas konfliktlərini təşkil edir.

Müəllif: Anton Pavloviç Çexov
Dil: Azərbaycan dili
Janr: Psixoloji dram
Üslub: Absurd
Yaş həddi: 16+
Müddət: 60 dəqiqə
Məkan: Flora Hostel 2-ci mərtəbə

Quruluşçu rejissor: Səid Abbasov
Səhnələşdirmə müəllifi: Mirtalib Həsənov
Musiqi tərtibatı: Fuad Məmmədov

Müstəqil Sıfır Teatrı, sizi, özünüzü tamaşanın bir parçası kimi hiss etməyə və oyuna daxil olmağa dəvət edir. Sıfır - sənətin bütün steteotiplərdən arınmış halıdır.

Qeyd: Diqqət, tamaşada şiddət və qorxu ehtiva edən səhnələr mövcuddur. Ürəyi zəif olan şəxslər və hamilə qadınlar üçün tövsiyə olunmur.

Yaş məhdudiyyəti / Dil

16+ / Azərbaycanca
"6 Nömrəli Palata" "6 Nömrəli Palata"

Məkan yeri
Flora Hostel (2-ci mərtəbə)