"Qələm artıq satılmır"

Tədbir haqqında

Yeni dövr gəlir!

Satış və Markalaşmada yeni dövrə hazır olun!

"Qələm Artıq Satılmır" adlı ölkəmizdə ilk dəfə keçiriləcək olan masterklassa qeydiyyat artıq start götürmüşdür.

Satış və müştəri məmnuniyyəti, brendləşmə, markalaşma kimi önəmli sahədə işinizin nirvanasına çıxmaq istəyirsiniz?

Markanızı daha müasir və innovativ hala gətirmək istəyirsiniz?

Bunun üçün biz hansı addımları atmalı və strategiyamızı necə formalaşdırmalıyıq?

Bütün sualların cavabına " Qələm Artıq Satılmır" adlı masterklasda cavab tapa biləcəksiniz.

 Təlimin mövzuları:

  1. Satış təmsilçisi kimdir?
  2. Peşəkar satış təmsilçisi necə olmalıdır?
  3. Bizness etiket (görünüş qaydaları) hansılardır?
  4. Bədən dili Salamlama formulu.
  5. İşə gəldikdə nəzər yetirməli olduğumuz nüanslar hansılardır?
  6. Yeni məhsulların incələnməsi.
  7. Təqdimat düşüncələri.
  8. Filialın satışa hazır hala gətirilməsi prosesi (Merçendayzing).
  9. Filialın açılışı.
  10. Müştərilərin qarşılanması metodları.
  11. Müştərinin qiymətləndirilməsi.
  12. Hansı qiymətləndirmə metodları mövcuddur?
  13. Müştəridə hansı detallara fikir vermək lazımdır?
  14. Açıq və qapalı suallar.
  15. Tələbatı hansı metodlar ilə aşkar etmək olar?
  16. Sualların vacibliyi.
  17. Müştərini bezdirməmək formulu.
  18. Məhsul tələbatına uyğun bizim addımlarımız.
  19. Məhsul təqdimatı.
  20. Arzu istəklər.
  21. Müştəri bazasının yaradılması.
  22. Müştəri qeydiyyatının düzgün aparılması metodları.
  23. Vip müştəriləri necə ayırd edək və qeydiyyatını aparaq?
  24. Müştəri bazasının artırılması metodları.

Tədris dili: Azərbaycan dili
Təlimçi: İbrahim Qarayev - Azərbaycan Supermarket MMC (Bravo), Giorgio Armani, Novas Home kimi şirkətlər başda olmaqla müxtəlif sektorlarda həm rəhbər (8 il), həm də təlim və inkişaf şöbəsinin meneceri (5 il) kimi 10 ildən çox iş təcrübəsinə malikdir. Hal hazırda Azərbaycanda ən böyük Bank olmayan Kredit təşkilatının Təlim və İnkişaf Şöbəsinin meneceri kimi çalışır.
Master klass zamanı coffee break (+qəlyanaltı) nəzərdə tutulmuşdur. Sonda bütün iştirakçılar rəsmi diplomla təltif olunacaqdır.

Yaş məhdudiyyəti / Dil

16+ / Azərbaycanca
"Qələm artıq satılmır" "Qələm artıq satılmır"

Məkan yeri
Həsənoğlu 15/A, Bakı 1030