İncir Reçeli filmin nümayişi

Tədbir haqqında

Romantikanın və kədərin birləşdiyi “İncir Reçeli” yenidən böyük ekranlara qayıdır! Bu film sadəcə sevgi haqqında deyil — itki, qəbul və həyatın gözlənilməz axını ilə bağlı dərin bir insan hekayəsidir.

Can (Halil Sezai) — gecələr barlarda çıxış edən ssenari müəllifidir. Gələcək planları yoxdur, həyatla barışmayıb. Gecikmiş bir gecədə tanış olduğu Duyğu adlı sirli qız onun ruhunu dəyişir. Sözlərlə izah edilə bilməyən bu münasibət, həm gözəldir, həm də ağrılı — tıpkı incir mürəbbəsinin dadı kimi.

Film sizi daxili sükutla dolu duyğusal bir səyahətə aparacaq, sevməyin nə olduğunu, itirməyin necə ağrıtdığını və xatirələrin zamanla necə şəkil dəyişdirdiyini xatırladacaq.

Dəniz sahilində, ulduzların altında, açıq səma altında “İncir Reçeli” ilə öz hekayənizi hiss edin.

Yaş məhdudiyyəti / Dil

16+ / Türkçe
İncir Reçeli filmin nümayişi İncir Reçeli filmin nümayişi